3-CÜ ÇAKRA .MANİPURA
BU PROQRAM KİMLƏR ÜÇÜN UYĞUNDUR? 1. TƏXİRƏ SALMAQ VƏ FƏALİYYƏTSİZLİK Həyatınızda yeni bir işə başlamaq, istədiyiniz halda, daxili bir qorxu ilə daim addım atmağı sonraya saxlayanlar. 2. MÜKƏMMƏLLİK TƏLƏSİ "Mən hələ tam hazır deyiləm, daha çox oxumalıyam" təlaşı ilə özünə amansız tələblər qoyan və daxilindəki "yetərsizlik" səsini susdura bilməyənlər. 3. ATA İNCİKLİYİ VƏ YOXLUĞU Atasına qarşı hələ də dərin bir qəzəb, küskünlük daşıyanlar, yaxud uşaqlıqda atadan yetərli dəstək, təsdiq və arxa-dayaq hissi ala bilməyənlər. 4. BAŞQALARININ RƏYİNDƏN ASILILIQ Qərar verərkən "Ətraf nə deyər?", "Məni bəyənməsələr, rüsvay olaram" qorxusu yaşayan və öz dəyərini başqalarının alqışında axtaranlar. 5. SƏRHƏD QURA BİLMƏMƏK İnsanlara xeyirxahlıq və ya fədakar görünmək naminə "yox" deyə bilməyən, öz haqlarını tapdalatdıqdan sonra daxilində gizli bir qəzəb bəsləyənlər. 6. FİZİKİ BLOKAJLAR Həyatdakı haqsızlıqları, daxili qorxuları həzm edə bilməyib, daimi mədə ağrısı, qastrit, həzm problemləri və ya göbək nahiyəsində gərginlik yaşayanlar.