— Hüquqi Sənəd

İstifadə Şərtləri

Xidmətlərimizdən istifadə etməzdən əvvəl zəhmət olmasa qaydalarla diqqətlə tanış olun.

Son yenilənmə: 25 Aprel 2026

1. Sazişin Qəbulu

Bu veb-sayta (Şəlalə Həsənova platformasına) daxil olmaqla, qeydiyyatdan keçməklə və ya hər hansı bir təlimi (video/PDF) satın almaqla siz bu İstifadə Şərtlərini tam və qeyd-şərtsiz qəbul etdiyinizi təsdiqləyirsiniz. Əgər bu şərtlərlə razı deyilsinizsə, zəhmət olmasa saytdan istifadəni dayandırın.

2. Hesabın Təhlükəsizliyi və Şəxsi İstifadə

Tələbə hesabınızın təhlükəsizliyi sizin məsuliyyətinizdədir:

  • Sizə təqdim olunan giriş məlumatlarını (e-poçt və şifrə) üçüncü şəxslərlə paylaşmaq qəti qadağandır.
  • Hər bir hesab yalnız bir fərdi istifadəçi üçündür. Eyni hesaba eyni vaxtda çox sayda fərqli cihazdan və ya IP ünvanından giriş edilməsi sistem tərəfindən "şübhəli fəaliyyət" kimi qeydə alınır.
  • Qaydaların pozulması aşkar edildikdə, heç bir xəbərdarlıq edilmədən və ödəniş geri qaytarılmadan hesabınız bloklana bilər.

3. Əqli Mülkiyyət və Müəllif Hüquqları

Saytda yerləşdirilən bütün məzmun – video dərslər, PDF rəhbərlər, mətnlər, dizaynlar və loqolar Şəlalə Həsənova-nın müstəsna əqli mülkiyyətidir və beynəlxalq müəllif hüquqları qanunları ilə qorunur.

Siz materialları yalnız şəxsi inkişafınız və fərdi istifadəniz üçün izləyə və ya oxuya bilərsiniz. Materialların yüklənməsi (icazə verilməyən hallarda), kopyalanması, başqa platformalarda (Telegram, YouTube və s.) paylaşılması, yenidən satılması və ya kommersiya məqsədilə istifadə edilməsi qəti qadağandır və hüquqi məsuliyyət yaradır.

Vacib: Ödəniş və Geri Qaytarma Siyasəti (Refund Policy)

Saytımızda satılan məhsullar Rəqəmsal Məhsullar (dərhal giriş imkanı olan Video və PDF fayllar) kateqoriyasına aid olduğu üçün, ödəniş edildikdən və materiala giriş əldə edildikdən sonra ödənişin geri qaytarılması (refund) və ya təlimin başqası ilə dəyişdirilməsi həyata keçirilmir. Zəhmət olmasa satın almadan əvvəl təlimin məzmunu və növü ilə (PDF və ya Video olması) diqqətlə tanış olun.

4. Xidmətin Mövcudluğu və Dəyişikliklər

Platformanın fasiləsiz işləməsi üçün əlimizdən gələni edirik, lakin texniki yenilənmələr və ya server profilaktikası zamanı sayta giriş qısa müddətli məhdudlaşdırıla bilər. Həmçinin, mən istənilən vaxt təlimlərin qiymətlərini dəyişdirmək, məzmununu yeniləmək və ya satışdan çıxarmaq hüququnu özümdə saxlayıram. (Artıq satın almış istifadəçilərin materiala giriş hüququ saxlanılmaqla).

5. Siyasətdə Dəyişikliklər

Biz bu İstifadə Şərtlərini istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən yeniləmək və ya dəyişdirmək hüququnu özümüzdə saxlayırıq. Dəyişikliklər saytda dərc edildiyi andan etibarən qüvvəyə minir. Əhəmiyyətli dəyişikliklər olduqda e-poçt vasitəsilə sizə məlumat veriləcək.

6. Mübahisələrin Həlli və Əlaqə

Xidmətlərin istifadəsi ilə bağlı yaranan hər hansı bir narazılıq və ya mübahisə ilk növbədə qarşılıqlı anlaşma yolu ilə həll edilir. Hər hansı texniki problem yaşasanız və ya sualınız olarsa, dərhal mənimlə əlaqə saxlaya bilərsiniz.