ANA QIZ RUHSAL BAĞIN ŞƏFALANMASI
Bu yazı terapiya proqramı bir ananın öz qızına baxarkən ürəyində, düşüncələrində və bədənində daşıdığı ruhsal bağları sevgi ilə görməsi üçündür. Bu bağlar hər zaman sözlə deyil, çox zaman susqunluq, qoruma, narahatlıq, nəzarət və həddindən artıq fədakarlıq şəklində özünü göstərir. Bir ana olaraq bəzən: öz yaşaya bilmədiklərimizi qızımız yaşasın istəyirik, onu incitməmək üçün həddindən artıq sıxırıq, qoruma adı altında onun yoluna müdaxilə edirik, öz qorxularımızı onun taleyinə köçürürük. Bu proqram özünü günahlandırmaq üçün deyil. Əksinə, özünü anlamaq, yüngülləşmək və şəfa vermək üçündür. Bu səhifələrdə ana: qızını öz davamı kimi deyil, öz ruhu olan bir varlıq kimi görməyə, qızı üzərindən daşıdığı nəsil yüklərini fərq etməyə, sevgi bağını saxlayaraq asılılığı buraxmağa niyyət edir. Burada məqsəd qızı dəyişmək deyil. Məqsəd ananın içindəki qadını şəfalandırmaqdır. Çünki ana şəfalandıqca, qız azad olur. Bu yol sevgi ilə başlayır, qəbul ilə dərinləşir və azad buraxmaqla yüngülləşir. Bu proqramı yazarkən tələsmədən, özünə şəfqətlə yanaşaraq, hər hissin keçməsinə icazə verərək davam etməniz niyyəti ilə…