ATA ANADAN ALDIĞIM YÜKLƏRİ SEVGİ İLƏ YERİNƏ QOYURAM
Bu yazı terapiya proqramı ata və anadan bilərək və ya bilməyərək daşıdığımız emosional, düşüncəsəl və ruhsal yüklərə sevgi ilə baxmaq üçün hazırlanmışdır. Bu yol kimisə günahlandırmaq, keçmişi inkar etmək və ya ağrıların içində qalmaq yolu deyil. Bu yol anlamaq, qəbul etmək və hər şeyi aid olduğu yerə sevgi ilə qaytarmaq yoludur. Ata və ana mənim bu dünyadakı ilk güzgülərimdir. Onların həyat hekayələri, qorxuları, yarımçıq qalmış arzuları və sevgi ifadə formaları zamanla mənim iç dünyamda yer almış ola bilər. Bəzən bu yükləri öz taleyim sanmış, bəzən də onların mənə aid olmadığını hiss etdiyim halda daşımağa davam etmiş ola bilərəm. Bu 21 günlük yazı terapiyası boyunca məqsədim: Özümə aid olmayan yükləri sevgi ilə tanımaq, Ata və anaya aid olanı hörmətlə geri vermək, Öz yerimdə dayanmaq və öz həyatımın məsuliyyətini sevgi ilə almaqdır. Burada heç nə zorla buraxılmır. Heç nə itələnmir. Hər şey şəfqətlə görülür, anlayışla qucaqlanır və təbii axışında yerinə qoyulur. Bu yolun sonunda məqsədim “yüngülləşmək” deyil, özüm olmaqdır.