BƏDƏNİMLƏ BARIŞIRAM İDEAL KİLOMA SEVGİ İLƏ QOVUŞURAM
Bədənimiz sadəcə görünüşdən ibarət deyil… O, yaşadığımız duyğuların, düşüncələrin və özümüzlə olan münasibətin aynasıdır. Bu 21 günlük yazı terapiya programı, bədəninlə olan münasibətini sevgi ilə dəyişmək, özünü tənqid etməyi azaltmaq və ideal kilona daxili balans içində yaxınlaşmaq üçün hazırlanıb. Program boyunca: Yemək və bədənlə bağlı duyğularını daha yaxşı görə bilər, Özünü qəbul etməyi və sevməyi gücləndirə bilər, Şüuraltındakı məhdudlaşdırıcı inancları fərq edə bilər, Bədəninlə savaşmaq yerinə onunla əməkdaşlıq etməyi öyrənə bilərsən. Hər gün üçün niyyət, afirmasiya, şəfa sualları, yazı çalışması və nəfəs texnikası yer alır. Bu program, sadəcə çəki vermək üçün deyil… Bədəninlə sevgi dolu bağ qurmaq və özünü qəbul etməyi xatırlamaq üçündür.