ÇAKRALAR: 4-CÜ ÇAKRA – QƏLB ÇAKRASI (ANAHATA)
PROQRAM KİMLƏR ÜÇÜN UYĞUNDUR? Bu 21 günlük yazı terapiyası proqramı, qəlbinin səsini eşitmək, daxili hüzura qovuşmaq və bədənini emosional yüklərin yaratdığı gərginlikdən azad etmək istəyən hər bir kəs üçün nəzərdə tutulub. Əgər aşağıdakı hallardan birini və ya bir neçəsini özünüzdə hiss edirsinizsə, bu proqram sizin üçün tamamilə uyğundur: • Özünü sevməkdə və dəyər verməkdə çətinlik çəkənlər: Hər kəsin ehtiyacını özündən üstün tutan, özünə qarşı sərt və tənqidi yanaşan, daxilində "mən yetərli deyiləm" inancını daşıyanlar. • Yüksək təzyiq və qan-damar sıxıntısı yaşayanlar: Fiziki bədənində daimi gərginlik, ürək nahiyəsində ağırlıq hiss edən və daxili sıxıntıları təzyiq olaraq bədəninə yansıyanlar. • Həyatı və insanları həddindən artıq nəzarətdə saxlamağa çalışanlar: Hər şeyi təkbaşına idarə etmək məcburiyyətində hiss edən, axışa güvənməkdə və təslim olmaqda çətinlik çəkənlər. • Keçmişin incikliklərini buraxa bilməyənlər: İllər keçsə də unudulmayan ürək ağrılarını, xəyal qırıqlıqlarını qəlbində daşıyan və o insanlarla, hadisələrlə daxilən tam halallaşa bilməyənlər. • "Yox" deməyi bacarmayanlar: Şəxsi sərhədlərini çəkməkdə çətinlik çəkən, başqalarını incitməmək üçün öz ruhunu və bədənini yoran məsuliyyətləri yüklənənlər. • Duyğularını daxilində basdıranlar: Kədərini, incikliyini və ya sevgisini rahatlıqla ifadə edə bilməyib içinə atan, bu səbəbdən qəlb nahiyəsində "tıxanma" hiss edənlər.