İÇİNDƏKİ İLAHİ GÜCÜ XATIRLA
Bəzən insan həyatın içində öz gücünü unutmağa başlayır. Qorxular, yaşanmış hadisələr, başqalarının fikirləri və keçmiş təcrübələr insanı öz həqiqi mahiyyətindən uzaqlaşdıra bilir. Halbuki hər insanın daxilində onu ayaqda saxlayan ilahi bir güc var. “İÇİNDƏKİ İLAHİ GÜCÜ XATIRLA” seminarı insanın öz daxilinə yönəlməsi, unutduğu daxili gücü yenidən hiss etməsi və öz varlığı ilə daha dərin bağ qurması üçün hazırlanıb. Bu görüşdə insanın özünü kiçiltməsinə səbəb olan düşüncə və hisslərə fərqli baxışla yanaşılır. Özünü qəbul etmə, daxili səsi dinləmə, sevgi ilə köklənmə və ruhsal gücü xatırlama mövzuları üzərində dayanılır. Seminar insanın həyatına kənardan bir güc əlavə etmək üçün deyil, onsuz da daxilində mövcud olan nuru və gücü yenidən görməsi üçün bir dəvətdir. Çünki axtardığın işıq, əslində hər zaman sənin daxilində olub.