İKİNCİ ÇAKRA. SAKRAL ÇAKRA (SVADHISTHANA)
PROQRAM KİMLƏR ÜÇÜN UYĞUNDUR? Bu 21 günlük yazı terapiyası proqramı daxili dünyasında dərin bir təmizlik və yenilənmə axtaran hər kəs üçün bir bələdçidir. Əgər siz də aşağıdakı halları yaşayırsınızsa, bu proqram tam sizin üçündür: Həyatınızda bir durğunluq hiss edirsinizsə və "hər şey yolundadır, amma daxilən heç bir şeydən zövq ala bilmirəm" deyirsinizsə, İçinizdə qaynaqlanan yaradıcı enerjini, ideyaları reallaşdırmaqda çətinlik çəkirsinizsə, tez-tez ilhamsızlıq yaşayırsınızsa, Uşaqlıqdan və ya ailədən gələn "ayıbdır", "günahdır" kimi qəliblər səbəbilə istəklərinizi, hisslərinizi və emosiyalarınızı basdırırsınızsa, Həyatınızda bolluq və bərəkətin axışında bir tıxanma olduğunu düşünürsünüzsə və pulla, qəbul etməklə bağlı daxili qorxularınız varsa, İnsanlarla münasibətlərdə sağlam sərhədlər qoya bilmirsinizsə, tez-tez başqalarından asılı vəziyyətə düşürsünüzsə, Keçmişin emosional yüklərini, xüsusilə də günahkarlıq hissini çiyinlərinizdə daşımaqdan yorulmusunuzsa.