KƏLİMƏLƏRDƏN ŞÜURALTI KODLARINI OXU
İnsan sadəcə danışmır… Eyni zamanda içində daşıdığı qorxuları, inancları, yaraları və gizli duyğuları da sözlərinə yerləşdirir. Bəzən fərqində olmadan seçdiyimiz kəlimələr həyatımızın gizli xəritəsinə çevrilir. Çünki şüuraltı özünü ən çox dil vasitəsilə göstərir. Bu seminarda birlikdə: – istifadə etdiyimiz sözlərin arxasındakı şüuraltı mesajları, – təkrarlanan kəlimələrin ruhsal mənalarını, – bolluq, münasibət və öz dəyəri ilə bağlı gizli kodları, – və dili dəyişdikcə həyat enerjisinin necə dəyişdiyini araşdıracağıq. Bu seminar sənə sadəcə danışdıqlarını deyil, özünü necə proqramladığını da görməyə kömək olacaq. Çünki bəzən insanın həyatı… Onun ən çox təkrarladığı kəlimələrdə gizlənir.