QARŞI CİNSLƏ BARIŞIRAM
Bu proqram, qadınlığın müqəddəsliyini xatırlamaq, qarşı cinslə olan əlaqələrimizi sevgi ilə şəfalandırmaq və cinsəllik mövzusunda yaradılmış qorxu, utanc və qadağalardan azad olmaq üçün yazılıb. Cəmiyyətin bizə ötürdüyü utanclı, qorxulu, günahkar hisslər bir çox qadını bədənindən və dişiliyindən ayırıb. Halbuki qadın bədəni təbiətin özü qədər hikmətli, cinsəllik isə sevgi ilə yoğrulmuş bir enerjidir. Bu 21 günlük yolçuluqda sən öz bədəninə, öz qadınlığına, qarşı cinslə olan münasibətlərinə daha dərindən baxacaqsan. Bu, nə günahlandırma, nə də mühakimə yoludur. Bu, halallaşma və sevgi ilə tanıma yoludur. Sənə toxunan, səni qorxudan, susduran bütün o illərin kodlarını bir-bir görüb, öz ritminlə buraxacaqsan. Bu prosesdə bədənini, hisslərini və qadın ruhunu sevgi ilə qucaqlayacaqsan. Unutma, sən tək deyilsən. Bu proqram sənin içinə işıq tutacaq, içindəki qadın səsinə qulaq verəcək bir yol xəritəsidir. Bütün bu günlər boyunca sadəcə yazmağa, nəfəs almağa və özünü sevgi ilə dinləməyə icazə ver.