RUHSAL OYANIŞ. MATRİXDƏN ÇIXIŞ.
“Ruhsal Oyanış – Matrixdən Çıxış” proqramı insanın öz daxili həqiqətinə doğru dörd həftəlik bir səyahətidir. Bu proqram sadəcə məlumat öyrənmək üçün deyil, baxış bucağını dəyişmək, şüuraltı proqramları görmək və şüur səviyyəsində yeni bir dərkə keçmək üçün hazırlanıb. Hər həftə səni öz iç dünyana daha dərindən aparan mərhələlərdən ibarətdir. Proqramın içində 5 yönləndirici video, həftəlik praktik tapşırıqlar və yazı terapiya məşqləri yer alır. Təxminən 10 saatlıq bu yolculuq, nəzəri bilikdən çox, təcrübə və daxili müşahidə üzərində qurulub. Dörd həftə boyunca sən öz şüuraltı inanclarını aydın görməyi, həyatında təkrarlanan dövrlərin kök səbəblərini anlamağı, daxili sərhədlərini və seçim şüurunu tanımağı, və ən önəmlisi, “avtomatik yaşayan "mən”dən “şüurlu seçən mən”ə keçid etməyi öyrənirsən. Bu, qaçmaq deyil, görmək yoludur. Daha çox bilmək deyil, daha dərindən dərk etmək yoludur.