SEVGİYƏ VƏ EVLİLİYƏ YOL AÇIRAM
Sevgi insanın ən saf, ən güclü ehtiyacıdır. Hər birimiz ürəyimizdə əsl sevgini yaşamaq, sevilmək və sevmək, ruh yoldaşımızla birlikdə həyat yolunda addımlamaq arzusu daşıyırıq. Lakin bəzən bu yolda görünməyən əngəllər, qorxular və köhnə inanclar bizə mane olur. Bu 21 günlük yazı terapiya proqramı səni öz daxili dünyana aparacaq, sevgini və evliliyi qarşılamana mane olan bağları üzə çıxaracaq və onları sevgi ilə sərbəst buraxmağa kömək edəcək. Günbəgün yazaraq, nəfəs alaraq və dua edərək ürəyinin qapılarını açacaq, içindəki qadın və kişi enerjisini balansa gətirəcək, əsl sevgi ilə evliliyə hazır olacaqsan. Bu yolculuqda hər gün özünlə səmimi görüşəcək, qəlbinin gizli səsini dinləyəcək və sevgi ilə yeni bir gələcəyə addım atacaqsan.