SUÇLULUQ DUYĞUSUNU SEVGİ İLƏ SƏRBƏST BURAXIRAM
Bəzən insan etdiyi bir hadisəyə görə deyil, bir müddət sonra birbaşa özünə qarşı ağır hisslər yaşamağa başlayır. Özünü yetərsiz, yanlış, günahkar və dəyərsiz hiss edə bilir. Bu hiss zamanla insanın daxilində görünməz bir yükə çevrilir. Buna suçluluq duyğusu deyilir. Suçluluq duyğusu çox vaxt uşaqlıqdan, yaşanmış hadisələrdən, eşidilən sözlərdən və insanın özünə qarşı sərt yanaşmasından yaranır. İnsan hər hadisədə özünü suçlamağa başlayır: “Mən yaxşı deyiləm.” “Hər şey mənim günahımdır.” “Mən yetərli deyiləm.” “Sevilməyi haqq etmirəm.” Bu düşüncələr zamanla insanın enerjisini azaldır, daxili rahatlığını pozur və həyatdan zövq almasına mane olur. Halbuki hər insan səhv edə bilər. Hər insan öyrənir, dəyişir və inkişaf edir. Keçmişdə yaşananlar insanın bütöv kimliyi deyil. İnsan sadəcə yaşadıqları ilə öyrənən bir ruhdur. Bu 21 günlük yazı terapiya proqramı sənə: daxilindəki suçluluq duyğusunu anlamağa, özünü daha dərindən anlamağa, özünə qarşı sərt münasibəti yumşaltmağa, özün ilə halallaşmağa, daxili rahatlıq və yüngüllük hissini artırmağa, özünü sevgi ilə qəbul etməyə dəstək olacaq. Bu proqram boyunca özünə qarşı yumşaq davranmağa çalış. Yazarkən özünü mühakimə etmə. Sadəcə daxilində olan duyğuları olduğu kimi yazıya tök. Unutma: Sən səhvlərindən ibarət deyilsən. Sən dəyişən, öyrənən və şəfa alan bir insansan.