XƏRÇƏNG XƏSTƏLİYİNİN RUHSAL MESAJLARI VƏ ŞƏFA YOLLARI
BU PROQRAM KİMLƏR ÜÇÜN UYĞUNDUR? Bu proqram, xəstəliyin fiziki müalicə prosesi ilə yanaşı, onun ruhsal və emosional köklərinə enmək istəyən hər kəs üçün bir yol bələdçisidir. Bu yazı terapiyası xüsusilə aşağıdakı insanlar üçün uyğundur: • Xəstəliyi bir "düşmən" kimi deyil, bir mesaj kimi görmək istəyənlər: Bədəninin nə demək istədiyini anlamağa, xəstəliyin arxasındakı ruhun dərsini kəşf etməyə hazır olanlar. • Daxili tarazlığını tapmaq istəyənlər: Həyatında "aşırı" kontrol və ya "əksik" sevgi balanssızlığı hiss edib, daxili nizamını yenidən qurmağa can atanlar. • Emosional yükünü boşaltmaq istəyənlər: İllərlə içində saxladığı küskünlüklərlə, halallaşılmamış keçmişlə və ya özünə qarşı mühakimələrlə vidalaşmağa hazır olanlar. • Bədəni ilə "dostluq" münasibəti qurmaq istəyənlər: Bədənini bir döyüş meydanı kimi deyil, ruhunun evi kimi qəbul edib, ona sevgi ilə qulluq etmək istəyən hər kəs. • Müalicə prosesini ruhi dəstəklə gücləndirənlər: Həkim nəzarətindəki tibbi müalicəni, ruhun şəfa enerjisi ilə dəstəkləyib bütüncül bir sağalma yoluna çıxmağı hədəfləyənlər. Qeyd: Bu proqram heç bir tibbi müalicəni əvəz etmir. Əksinə, tibbi müalicəyə psixoloji və ruhsal dəstək verərək, sağalma prosesini daha dərindən və şüurlu şəkildə dəstəkləməyi hədəfləyir.