XƏYANƏTİN RUHSAL MESAJI VƏ ŞƏFA YOLU.
Bu proqram xəyanəti haqq qazandırmaq üçün yazılmadı. Və heç kəsi günahlandırmaq üçün də deyil. Bu proqram, ağrının içində qalan insanın özünə qayıdış yoludur. Xəyanət çox vaxt insanın həyatında ən sarsıdıcı təcrübələrdən biri olur. İnam sarsılır, suallar çoxalır, insan öz dəyərindən, hisslərindən, hətta öz həqiqətindən şübhə etməyə başlayır. Bəzən də ağrı o qədər dərin olur ki, insan susmağı, unutmağa çalışmağı və ya özünü günahlandırmağı seçir. Amma ruh susmur. Bu 21 günlük yazı terapiya proqramı xəyanəti bir “son” kimi deyil, özünə sədaqəti xatırladan bir çağırış kimi görmək üçün hazırlanıb. Burada məqsəd: keçmişi dəyişmək deyil, qarşı tərəfi anlamağa məcbur etmək deyil, “niyə oldu?” sualında ilişib qalmaq deyil. Burada məqsəd: “Bu təcrübə mənə özüm haqqında nə demək istəyir?” sualına dürüst cavab verə bilməkdir. Bu proqram səni: ağrını inkar etmədən görməyə, özünü suçlamadan dinləməyə, sevgini qorxu ilə deyil, həqiqətlə ayırmağa, və ən əsası özünə yenidən sədaqət göstərməyə dəvət edir. Yazı bu yolun əsas alətidir. Çünki yazarkən insan özünə yalan danışa bilmir. Qələm ruhun dilini açır. Bu 21 gün boyunca: sən heç nəyi “düzəltməyə” çalışmayacaqsan, sadəcə görəcəksən, anlayacaqsan və buraxacaqsan. Unutma: Bu yol hər kəs üçün fərqlidir. Burada doğru və ya yanlış cavab yoxdur. Sənin həqiqətin var. Əgər bu proqram sənin əlinə çatıbsa, demək ki, ruhun artıq hazırdır. Özünə sədaqət yolun açıq olsun.