"MÜNASİBƏTLƏR" – 1 Aylıq Transformasiya Proqramı

"MÜNASİBƏTLƏR" – 1 Aylıq Transformasiya Proqramı

Xarici dünyadan daxili özə, başqalarından özünə doğru transformasiya səyahəti.

Tarix və Saat

19.09.2026 · 21:00

Yer / Format

Platforma Zoom

Müddət

1 ay

Təlimçi

Şəlalə Həsənova

Video və PDF Materiallar

Materialın üzərinə toxunaraq pəncərədə baxa bilərsiniz.

Seminar haqqında

"MÜNASİBƏTLƏR" – 1 Aylıq Transformasiya Proqramı
Xarici dünyadan daxili özə, başqasından özünə doğru transformasiya səyahəti.

Həyatımızda qarşılaşdığımız hər bir insan, hər bir sərt rəftar və ya yaşanan sıxıntı əslində təsadüf deyil. Biz xaricdə gördüklərimizi dəyişməyə çalışdıqca təkrar edən döngülər yaşayırıq. Amma istiqaməti xaricdən daxilə çevirdiyimiz anda bütün həyat axını dəyişməyə başlayır.

Bu proqram 4 həftə boyunca sadə, kiçik addımlarla böyük fərqindəliklər yaşayacağımız, köhnə yüklərimizlə halallaşaraq həyatımızı dönüştürəcəyimiz unikal bir yol xəritəsidir.

Proqramın Tarixləri: 19.09.2026 – 19.10.2026

Proqramın İçərisinə Nələr Daxildir?
5 Canlı Zoom Görüşü: Hər həftənin enerjisini toplamaq və dərinləşmək üçün canlı görüşlər.

Görüşlərin Video Yazısı: Canlı görüşləri qaçıranlar və ya təkrar izləmək istəyənlər üçün 3 ay böyunca giriş imkanı.

Həftəyə Özəl Yazı Tapşırıqları: Şüuraltının qapılarını açan və daxili dürüstlüyü təmin edən xüsusi günlük tapşırıqlar.

PDF Materiallar: Proqram boyu səni müşayiət edəcək yazılı bələdçi sənədlər.

Meditasiya Səs Yazıları: Zəhnini sakitləşdirən, daxili mərkəzinə qayıtmağa kömək edən xüsusi bələdçi səslər.

Gündəlik Niyyət, Dua və Afirmasiyalar: Hər günün enerjisini yüksək tutacaq xüsusi dəstəkləyici cümlələr və təşəkkür mətnləri.

Zoom Canlı Görüş Cədvəli
(Bütün görüşlər saat 21:00 – 23:00 arasında keçiriləcəkdir)

1-ci Görüş (Açılış və I Həftə): 19.09.2026

2-ci Görüş (II Həftə): 26.09.2026

3-cü Görüş (III Həftə): 03.10.2026

4-cü Görüş (IV Həftə): 12.10.2026

5-ci Görüş (Final və Bağlanış): 19.10.2026

Xarici dünyanın səs-küyünü susdurub öz daxili səsinə qulaq asmağa, keçmişin bağları ilə halallaşaraq həyatının lideri olmağa hazırsansa, bu dönüşüm yolculuğunda yerini ayıra bilərsən.
İştirak haqqı
63AZN
Ödənişdən sonra eksklüziv WhatsApp qrupuna dəvət.
Canlı iştirak və sual-cavab imkanı.
Təhlükəsiz Ödəniş:
VISA MC